İş Sağlamlığı və Təhlükəsizliyi bir təşkilatın həyata keçirdiyi fəaliyyətlərdən təsir görən bütün insanların (çalışanların, müvəqqəti fəhlələrin, podratçı işçilərinin, ziyarətçilərin, müştərilərin və iş yerindəki hər hansı bir şəxsin) sağlamlığına və təhlükəsizliyinə təsir edən amillər və şərtlərin toplusudur.

OHSAS 18001 İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi ilə cəmiyyətdə iş təhlükəsizliyi şüurunu təmin etmək, çalışanların məruz qalacaqları riskləri azaltmaq, iş səmərəliliyini və çalışanların performansını artırmaq, digər müəssisələr ya da müştərilərə qarşı həssas və məsuliyyətli bir obraz yaratmaq məqsədi güdülür.

İş Sağlamlığı və Təhlükəsizliyi isə təşkilatlarda qarşılaşılan ən mühüm insan resursları problemlərindən biridir və bu standart işçilərin təhlükəsiz və sağlam iş mühitinə sahib olmalarını təmin etməyə yönəlib.

İş yerlərində işlərin həyata keçirilməsi müddətində müxtəlif səbəblərə əsaslanan sağlamlığa zərər verə biləcək qəza və digər təsirlərdən qorunmaq və daha yaxşı iş şəraiti yaratmaq məqsədilə sistemli və elmi bir şəkildə təhlükələrin və risklərin müəyyən edilməsi və bu təhlükələrə və risklərə qarşı tədbirlərin alınması işlərinin həyata keçirildiyi bir yanaşmadır.

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.