ISO/IEC 20000-1 İnformasiya Texnologiyaları Xidmət İdarəetmə Sistemi ən yaxşı tətbiqlərinin və idarəetmə proseslərinin müəyyən etdiyi və açıqlandığı ITIL (Information Technology Infrastructure Library - İnformasiya Texnologiyası İnfrastruktur Kitabxanası) işinə əsaslanan bir standartdır. İş dünyasının getdikcə İnformasiya Texnologiyalarından asılı hala gəlməsi və İnformasiya Texnologiyaları xidmətlərinin getdikcə kompleks bir hal alması səbəbi ilə ITIL və bilavasitə ISO/IEC 20000-1 Sertifikatı İnformasiya Texnologiyaları Xidmət Idarəetmə sisteminə ehtiyac var. ISO/IEC 20000-1 İnformasiya Texnologiyaları Xidmət İdarəetmə Sistemi Kimlər Üçün Lazımdır ISO/IEC 20000-1 İnformasiya Texnologiyaları Xidmət İdarəetmə Sistemi, dünyanın hansı hissəsindən və ya hansı sektordan olursa olsun, İnformasiya Texnologiyası xidmətlərinə əsaslanan böyük kiçik bütün təşkilatlar üçün keçərlidir. Bu standart xüsusilə İnformasiya Texnologiyası hissələri kimi daxili İnformasiya Texnologiyası xidməti təchizatçıları və İnformasiya Texnologiyası podratçı təşkilatları kimi xarici İnformasiya Texnologiyası xidməti təchizatçıları üçün uyğundur. ISO/IEC 20000-1 İnformasiya Texnologiyaları Xidmət İdarəetmə Sistemini Tətbiq Etməyin Faydaları • Artan xidmət keyfiyyəti və daha etibarlı təşkilati dəstək • İnformasiya Texnologiyaları bacarıqlarını aydın görmək • Mövcud olan xidmətlər haqqında daha dəqiq məlumat • Bacarıqların düzgün təhlili və iş məmnuniyyəti ilə daha çox motivasiya ilə çalışanlar • Müştəri ehtiyaclarını doğru anlama və düzgün xidmət və dəstək ilə müştəri məmnuniyyətinin təmin edilməsi • Xidmət proseslərində təhlükəsizlik, sürət və yetişəbilmə qabiliyyəti • İnformasiya Texnologiyası idarəetmə və əməliyyat xərclərinin azaldılması • Fəal resurs idarəetməsi və səmərəli istifadəsi • İşlərin/problemlerin təkrar- təkrar ələ alınmasının əngəllənməsi • Lazımsız işlərin ləğv edilməsi • İnformasiya Texnologiyası xidmətlərinin yararlığının artırılması • Müştəri, son istifadəçi və iş ehtiyaclarını qarşılayan xidmətlərin təqdim olunmasının təmin olunması • Xidmətlərin təqdimatında yer alan şəxslərin rol və məsuliyyətlərin müəyyən edilməsi • İnformasiya Texnologiyası komandalarının məmnuniyyətinin artması • Keçmiş təcrübələrdən öyrənmə prosesinin təmin olunması • İnformasiya Texnologiyasının müştəri və biznes sahələri ilə arasındakı ünsiyyətin yaxşılaşdırılması, gözləntilərin idarə olunması

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.