ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi; bir təşkilatın müştərilərinin tələblərinə, hüquqi və qanunvericilik şərtlərinə uyğun məhsullar təmin edə bilmə kafiliyinə malik olduğunu, müştəri məmnuniyyətini daim artırmaqda olduğunu göstərmək üçün sahib olunması lazım olan şərtləri müəyyən edir.

ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi standardlarında proses konsepsiyası müştəri şərtlərini qarşılayaraq müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyət idarəetmə sisteminin inkişaf etdirilməsi, tətbiqi və fəaliyyətinin yaxşılaşdırılmasında əsas götürülür.

İSO 9001 Keyfiyyət İdarəetmə Sistemi istehlakçıya uyğun keyfiyyətdə mal və xidmət təqdim olunmasını təmin etmək məqsədi ilə keyfiyyətin planlaşdırılması, təşkili, istiqamətləndirilməsi və idarə edilməsini ehtiva edən bütün fəaliyyətləri ifadə edir. ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi standartı da bu sistemin bütünlüyünü yaradır.

Dünyada ən çox tanınan keyfiyyət idarəetmə standartı IS0 9001 Keyfiyyət İdarəetmə Sistemi 2015-ci ildə redaktə olunub.

 

Keyfiyyət İdarəetmə Sistemi Kimlər Üçün Lazımdır?

ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi hansı sektordan olursa olsun, böyük və kiçik bütün təşkilatlara uyğundur. Bu standart ; İstehsal, xidmət, maliyyə, səhiyyə, kommunal və s. sektorlara da tətbiq oluna bilər.

 

ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi Tətbiq Etməyin Faydaları

• Beynəlxalq səviyyədə tanınan standarta uyğun fəaliyyət göstərdiyini sənədlərlə bəyan edərək yeni bazarların və iş imkanlarının qazanılması

• Effektiv tətbiq sayəsində müştəri məmnuniyyəti ilə müştərilərdən gələn şikayətlərdə azalma təmin edilməsi

• Məhsul və xidmət keyfiyyəti inkişaf etdirilərək maya dəyərindəki sərfin azaldılması

• Vaxt və vəsait itkisinin azaldılması

• İstehsal, planlaşdırma və problem həll etmə fəaliyyətlərinin artırılması

• İşçi məmnuniyyətində, motivasiyasında və firma daxili əlaqələrdə yaxşılaşmanın təmin edilməsi

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.