Günümüzdə bir çox təşkilat əməkdaşlıq etdiyi biznes tərəfdaşlarına ətraf mühitə qarşı olan məsuliyyətlərini soruşur və enerji səmərəliliyini necə həyata keçirdiklərini mühakimə edir. Bununla bərabər ölkələr enerji istehlakını azaltmaq üçün və enerji təminin davamlılığının təmin edilməsi üçün kommersiya təşkilatlarına məcburi tədbirlər qoyur. Bu kimi gözləntilər qarşısında həyata keçirilən enerji səmərəliliyi sistemi, firmaları potensial bir rəqabət şəraitində ön plana çıxaracaqdır.

Enerji İdarəetmə Sistemləri üçün yaradılmış enerji ilə bağlı tələblər, idarəetməni, tətbiqi və texniki , xidmət da daxil olmaq üzrə hazırlanmış idarəetmə sistemi standartıdır. Standard Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən yaradılmış bir standartdır. Enerji fəaliyyətini davamlı yaxşılaşdırımaq və enerji səmərəliliyini təmin etmək məqsədi güdür.

Təşkilatlar üçün enerji itkilərini və artan xərcləri azaltmağın ən təsirli yolu enerji istehlakını azaltmaqdan keçir. Bunlara nail olmaq üçün ən yaxşı yol enerji idarəetməsində sistemli bir dünyagörüşü təmin edən Enerji İdarəetmə Sistemidir.

İSO 50001 Enerji İdarəetmə Sistemi Standartı, təşkilatların enerji səmərəliliyini yüksəltmək üçün lazım olan proses və sistemləri yaratmalarını, bu proses və sistemlərin tətbiq olunmasını və davamlılığını təmin edir. Standart bütün enerji növlərini əhatə edir. Təşkilatların hər birini enerjidən səmərəli istifadə etməyə, xərcləri azaltmağa və ekologiyaya qarşı həssaslığa təşviq edir.

ISO 50001 ENERJİ İDARƏETMƏ SİSTEMİ KİMLƏR ÜÇÜN LAZIMDIR?

Ölçüsündən və ya coğrafi mövqeyindən asılı olmayaraq, özəl və ya dövlət, istehsal və ya xidmət sektorunda fəaliyyət göstərən hər bir müəssisə İSO 50001 Enerji İdarəetmə Sistemi Standartını tətbiq edə bilər. Bunlardan bəziləri; Xəstəxanalar, Banklar, Enerji İstehsalçıları, Zəncir Mağazalar, Sənaye və Emal Müəssisələri və s.

ISO 50001 Enerji İdarəetmə Sistemi Tətbiq Etməyin Faydaları

• Həyata keçirilən layihələr vasitəsilə enerji istehlakı azaldılır.

• Enerjidən irəli gələn xərclər nəzarət altında saxlanılır və azalır.

• İstixana Qazı Emissiyalarını azaldaraq hüquqi öhdəliklərə uyğunluğunuzu asanlaşdırır.

• Mövcud qurğu və avadanlıqların istifadəsi nəzarət altında saxlanılır və enerji istehlakının izlənməsi yolu ilə çıxış haqqında məlumat əldə edilir.

• Məhsuldarlığın artırılması və qanunlara uyğunluğu təmin edir.

  • İsrafçılıqdan irəli gələn neqativ ekoloji təsir azaldılır.

• Enerji şüuru ilə əlaqədar olaraq cəmiyyət içində nüfuzu artırır.

• Mövcud idarəetmə sistemləri ilə inteqrasiya halında resurs qənaəti təmin edir

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.