Dərmanlar, dərmanların xammallarını, tibbi avadanlıqlar, tibdə istifadə edilən diaqnostika məqsədli məhsulların v əqidaların istehsalı ilə bağlı qanunları əhatə edən bir keyfiyyət sistemidir.

Məhsulun daxili və xarici mənbələrdən çirklənmə ehtimalının qarşısını almaq və ya azaltmaq məqsədilə, təşkilatla bağlı daxili və xarici şərtlərə dair qoruyucu tədbirləri əhatə edir. Bu tətbiq bu məhsulların istehsalı və satışında əsas konsepsiyalardandır və məhsullarda keyfiyyət təmin etmək üçün xammal, işləmə, məhsul inkişaf etdirmək, istehsal, qablaşdırılma, saxlama, paylama mərhələlərində fasiləsiz həyata keçirilməsi üçün lazım olan texnikalar silsiləsidir.

ISO 22716 (GMP)

Qida istehsal edən bütün firmalar, dərman firmaları, insan və heyvanlarda istifadə edilən tibbi məqsədli avadanlıq və material istehsal edən firmalar və kosmetik firmaları GMP Yaxşı İstehsal Tətbiqləri Sistemi Sertifikatını ala bilərlər.

İSO 22716 (GMP) Yaxşı İstehsal Tətbiqləri İdarəetmə Sistemi Tətbiq Etməyin Faydaları

  • Beynəlxalq ticarətdə asanlıq təmin edir.
  • İstehsal ərzində bu prosesə müxtəlif yoluxmaların (çirklənmə), qarışıqlıqlar və səhvlərin qarşısının alınması üçün müvafiq prosesləri və bunun üçün qurulan təşkilatı nəzarət etməyə çalışan bir sistemdir.
  • Bu keyfiyyət nəzarət sistemində məhsulun davamlı təqibi və ən sağlam şəkildə istifadəçiyə çatması təmin edilir.
  • Məhsulun ən yaxşı şəkildə istehsal edilməsinə və istifadəçiyə çatdırılmasına əsaslanır.
  • Firma daxilində ərzaq təhlükəsizliyi şüurunu artırır.
  • İctimaiyyətdəki etibarlılıq imicini artırır.
  • Bazarda rəqabət üstünlüyü təmin edir.
  • Müştərilərin mövcud olan və ya gələcəkdə ortaya çıxa biləcək tələblərinin qarşılanmasını təmin edir.
  • Qanuni zərurətlərə uyğunluq təmin edilir.
  • Yarana biləcək cəza hallarında qanuni cəzaları azaldır.
  • Üçüncü tərəf auditorlardan gələcək məlumatlar firmaya əlavə dəyər təmin edir.

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.