ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi qida zəncirində yer alan bütün firmalara tətbiq olunur. Ərzaq istehsalçıları, qida qablaşdırma istehsalçıları, ərzaq anbarları, logistika firmaları, kütləvi yemək istehsalçıları, otellər, restoranlar, ərzaq sterilizasiyası edən firmalar, heyvan yemi istehsalçıları İSO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi standartına görə sertifikasiyadan keçə bilirlər.

ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Tətbiq Etməyin Faydaları

• Bütün qida zəncirinə tətbiq oluna bilməsi.

• İstehlakçıların ərzaq təhlükəsizliyi ilə bağlı tələblərinin tamamilə qarşılanması.

• Beynəlxalq səviyyədə tanınan bir sistem olması səbəbiylə ixrac asanlığı.

• Məhsulun geri toplama riskinin azaldılması.

• İşçilərin iş səmərəliliyinin və məmnuniyyətinin artırılması.

• İşçilərin gigiyena və qida təhlükəsizliyi məsələsində şüurlu olması.

• Qida zəhərlənmələri və ölüm risklərinin azaldılması.

• Qanuna uyğunluğun təmin edilməsi.

• Rəsmi auditlərdə qarşılaşılan problemlərin minimallaşdırılması.

• Qida müəssisələrinə təhlükəsiz ərzaq istehsal etmək üçün qanuni zərurətləri qarşılamaqda etibarlılığın təmin edilməsi.

• Fəal nəzarət inkişaf etdirməyə sistematik olaraq yaxınlaşması.

• Qida zəncirinin hər mərhələsində istifadə olunması.

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.