ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi, firmalara fəaliyyətləri nəticəsində ortaya çıxan ekoloji təsirlərin müəyyənləşdirilməsi, bu təsirlərin ölçülərinin qiymətləndirilməsi və daha sonra bu təsirlərin minimuma endirilməsi məsələsində köməklik göstərən bir vasitədir. Standart firmaların özləri üçün əhəmiyyətli olan ekoloji məsələlərə yönəlməsinə imkan tanıyır. ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi təşkilatlardan; "çirklənmənin qarşısının alınması", "qanunlara uyğunluq" və "davamlı yaxşılaşmağı" öhdəlik etmələrini gözləyir.

ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemini əsas alan bir ətraf mühit idarəetmə sistemi hər tip və böyüklükdə müəssisənin öz məhsul, xidmət və fəaliyyətlərinin ətraf mühit üzərindəki təsirlərinə nəzarət etməyinə kömək edən bir idarəetmə vasitəsidir.

ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi, ekoloji effektivliyi nəzərə aldığı qədər effektiv müəssisə idarəetməsini də önəmsəyir. Buna görə də müəssisələrin səmərəliliyinə müsbət təsir edən bir sistemdir.

İSO 14001 Ətraf Mühit İdarəetmə Sistemi, müəssisələr üçün fəaliyyət tərzlərini dəyişdirəcək, strateji planlarında fəallıq artımını təmin edəcək, məhsuldarlıq və rəqabət gücünü artıracaq bir idarəetmə sistemidir. Təşkilatın digər fəaliyyətləri ilə inteqrasiya olunduqda həm beynəlxalq ticarətdə keyfiyyət və ətraf mühitə həssaslıq məsələlərində təminat yaradaraq ticarət əməliyyatlarını asanlaşdırır, həm də müsbət imic yaradaraq müəssisə məhsulunun satış miqdarını artırır. Ətraf Mühit İdarəetmə standartı ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi 2015-ci ildə redaktə olunub.

 

ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi kimlər üçün lazımdır?

ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemini , yerli və beynəlxalq bazarda özünə nüfuzlu bir yer tutmaq istəyən başda sənaye və dövlət orqanları olmaqla, tullantıları olan bütün firmalar (Plastik inyeksiya istehsal edən, beton, tikinti, qida , tekstil, maşın, kimya, tibbi ləvazimat, xəstəxana, poliklinikalar, mətbəə, avtomobil ehtiyyat hissələri, avtoservis xidmətləri və s) məhsul və xidmət verən bütün müəssisə, təşkilat və istehsalçılar tətbiq edə bilərlər.

 

ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi Tətbiq Etməyin Faydaları

• İSO 14001 Ətraf Mühit İdarəetmə Sistemi bütün dünyada tanınan və istifadə edilən ortaq bir dil olduğuna görə beynəlxalq bazarda qəbul edilməni təmin edir.

• Ekoloji şüurun formalaşmasını təmin edir.

• Rəqabət üstünlüyünü təmin edir.

• Maya dəyərini aşağı salır

• Potensial ekoloji təsirləri minimallaşdırır.

• İş məhsuldarlığı üçün geri dönüşü təmin edir.

• İş motivasiyasını artırır.

• Milli və/və ya beynəlxalq qanunvericiliyə uyğunluğun artırılmasını təmin edir.

• Ekoloji effektivliyinin artırılmasını təmin edir.

• Tullantıların nəzarət altında saxlanılmasını təmin edir.

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.