ISO 10002 Müştəri Məmnuniyyəti Keyfiyyət İdarəetmə Sistemi, müştəri şikayətlərini uğurlu bir şəkildə ələ almağın əsas tələblərini müəyyən edir və müəssisənizdə müştəri narazılığı ilə başa çıxmağınıza kömək olmaq üçün şikayət idarəetmə auditlərini əhatə edir.

ISO 10002 Müştəri Məmnuniyyəti Keyfiyyət İdarəetmə Sistemi; hər bir müştəri şikayətinin eyni səhvi təkrar etməmək üçün bir fürsət olduğu, şikayət edən müştərinin heç şikayət etməyən müştəridən çox daha dəyərli olduğu və şikayətin müsbət şəkildə həll edilməsi nəticəsində müştəridə buraxacağı müsbət təsirinin daha böyük olduğu konsepsiyalarına yönəldən yeni bir dünyagörüşü gətirir.

Bu sayədə müştərilərinizin qarşısında fərqinizi ortaya qoyma imkanını verir.

ISO 10002 Müştəri Məmnuniyyəti Keyfiyyət İdarəetmə Sistemi ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi ilə uyğun bir standarddır. ISO 10002 Müştəri Məmnuniyyəti Keyfiyyət İdarəetmə Sistemi bir təşkilatda tək başına qurulub tətbiq olunacağı kimi, ISO 9001 Keyfiyyət İdarəetmə Sisteminin bir parçası şəklində də həyata keçirilməsi mümkündür

10002 Müştəri Məmnuniyyəti Keyfiyyət İdarəetmə Sistemi Kimlər Üçün Lazımdır?

ISO 10002 Müştəri Məmnuniyyəti Keyfiyyət İdarəetmə Sistemi, müştərilərini məmnun etməyi , onlara gözlədiklərinin üstündə xidmət vermək istəyən, istər özəl qurum, istər dövlət orqanı və ya könüllülük əsasına dayanmış sektorlar olsun hər növ və ölçüdə müəssisənin tətbiq edəcəyi bir idarəetmə sistemidir.

ISO 10002 Müştəri Məmnuniyyət Keyfiyyət İdarəetmə Sistemi Tətbiq Etməyin Faydaları

• Müştərilərdən gələn rəylər istiqamətində necə bir yol izlənəcəyini göstərir.

• Müştəri şikayətləri sahəsində çalışanların şüur və diqqətlərini inkişaf etdirir.

• Müştəriyə dəyər verdiyini göstərir.

• Müştəri məmnuniyyəti təmin edir.

• Şikayətlərin təkrarlanmasını əngəlləyərək həll imkanlarını təmin edir.

• Təşkilatın etibarını artırır.

• Müştəriləri əldə saxlama xərclərini azaldır.

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.