Halal Qida anlayışı , "İslami qaydalar əsasında icazə verilən qida" mənasında yer almaqda (The Codex Alimentarius Komissiyası) və "İslami qaydalara görə qadağan olunan hər hansı bir ünsürü ehtiva etməyən, bu faktorlardan təmizlənmiş yerlərdə və ya cihazlarda hazırlanan - işlənən - daşınan və toplanan, bu halların xaricində istehsal olunan hər hansı bir qida ilə hazırlama - işləmə - daşıma və saxlama mərhələsində birbaşa təmasda olmayan məhsul olaraq" xarakterizə olunur.

Halal sertifikatı İslami qaydalara (Şiə, Maliki, Hənbəli və Hənəfi məzhəbləri üzrə) uyğun olaraq hazırlanan məhsullara verilən sertifikatdır.

Halal Qida Sertifikatı Kimlər Üçün Lazımdır?

Halal sertifikatlaşdırma, Müsəlman istehlakçı üçün, qəbul olunan qidanın və istehlak oluna bilən məhsulun istehsal edilməsi üçün lazımdır. Bu mövzu dünyadakı 1.5 milyard Müsəlmanı və halal məhsul yeməyə üstünlük verən digər milyonlarla insanı əhatə edir.

HALAL QİDA SERTİFİKATLAŞDIRMANIN HANSI FAYDALARI VAR?

• Halal məhsulları, töhfə maddələrini, hazırlama və işləmə metodlarını, təmizlik, gigiyena, təmizləmə və sağlamlıq şərtlərini, qatı təhlükəsizlik şərtləri əsasında nəzarət edən tərəfsiz bir müşahidə, monitorinq strukturu qurur.

• ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi, FSSC 22000 Təhlükəsizlik Sertifikatlaşdırma Sistemi, HACCP, ISO 9001 və oxşar standartlara uyğun və yeni texnologiyalara, yeni qatqı maddələrinə adaptasiyanı sürətli bir şəkildə izləyə bilən, halal biliyin təhsilini almış uyğun personal strukturu və bu kadrlara audit qabiliyyətləri qazanmasını təmin edir,

• İstehsal olunan məhsulun və istehsalçının İslam inancına sahib ölkələr daxilində tanınmasını, üstünlük verilməsini və tanıdılmasını təmin edir.

• Beynəlxalq sərgilərdə, tənzimləyici ölkələrdə açılan strukturada yer almağa yardımçı olur.

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.