AS/EN/JISQ 9100 AVİASİYA KEYFİYYƏT İDARƏETMƏ SİSTEMİ aviasiya sahəsində beynəlxalq nüfuza malik bir keyfiyyət sistem standartıdır. Şimali Amerikada AS 9100, Avropada EN 9100 və Yaponiyada JISQ 9100 kimi tanınan standart, Airbus, Boeing, GEAE və Rolls-Royce kimi lider aviasiya istehsalçıları tərəfindən dəstəklənir və tanınır. Əslində AS 9100 sənədi indidən, bu sayılan istehsalçılar tərəfindən tədarükçülərinə gətirdikləri əsas bir standart halına gəlmişdir.

İSO 9000 tələblərini əsas götürən AS 9100 əlavə olaraq keyfiyyətə, istehsalın və tədarük zəncirinin bütün mərhələlərinə, təhlükəsizlik və texnologiya məsələlərində xüsusi bir dünyagörüşü gətirmişdi

AS/EN/JISQ 9100 Aviasiya Keyfiyyət İdarəetmə Sistemi Kimlər Üçün Lazımdır?

AS/EN/JISQ 9100 Aviasiya Keyfiyyət İdarəetmə Sistemi aviasiya sektorunda yer alan və dizayn, istehsal, xidmət, saxlanma və satış fəaliyyətləri aparan təşkilatları maraqlandırır. Mülki və ya hərbi bütün sahələrə tətbiq oluna bilər.

AS/EN/JISQ 9100 Aviasiya Keyfiyyət İdarəetmə Sistemi Tətbiq Etməyin Faydaları

• Rəqabəti gücləndirir,

  • Bazar mövqeyini qorumağa və inkişaf etdirməyə kömək edir,

• Məhsulların və xidmətlərin etibarlı tədarükçüsü kimi müştərilərinizin sizə etibarını artırır,

Sertifikatlı aviasiya tədarükçüləri OASIS (Online Aerospace Supplier Information System) qlobal məlumat bazasında qeydiyyatda olur və dünya miqyasında ehtiyyat hissə istehsalçıları və tədarükçüləri tərəfindən görülür.

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.